Ərdoğan Qərbi hədəfə aldı: Səssiz qalma utancvericidir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qərbi hədəfə aldı: Səssiz qalma utancvericidir

Dünya

11 Noyabr 2023 17:57 717


Rəcəb Tayyib Ərdoğan şənbə günü Qərb ölkələrini Fələstindəki qırğınlara səssiz qaldıqlarına görə tənqid edib.

Yenisabah.az Anadolu-ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda fövqəladə birgə Ərəb-İslam sammitində çıxışı zamanı o deyib:

“Hər zaman insan hüquq və azadlıqlarının tərəfdarı olan Qərb ölkələrinin Fələstindəki qırğınlara səssiz qalması utancvericidir... Xəstəxanalar, məktəblər və qaçqın düşərgələri bombalanır, dinc sakinlər qətlə yetirilir, tarixdə görünməmiş vəhşiliklə üzləşirik”. Marqarita pizza

Türkiyə prezidenti təcili ehtiyacı olan yerlərə, xüsusilə də Qəzzada xəstəxanalara yanacaq çatdırılmasının həyati əhəmiyyət daşıdığını bildirib:

“Biz hesab edirik ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qəzzanın yenidən qurulması üçün fond yaradılmalıdır”.

Xəbər A


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!