Ərdoğan və Rəisi arasında yeni telefon söhbəti

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Rəisi arasında yeni telefon söhbəti

Dünya

28 Noyabr 2023 16:06 600


İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Prezidentinin saytında məlumat yayılıb.

Söhbət zamanı Rəisi İran və Türkiyə arasında birgə əməkdaşlığın müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib. Dördpendirli pizza

Rəisi əlavə edib ki, Qəzza xalqı HAMAS vasitəsilə Qəzzanın gələcəyi üçün qərar verməlidir. ABŞ-ın müdaxilə etməyə və qərarlar verməyə haqqı yoxdur. ABŞ-ın müdaxiləsi uğursuzluğa məhkumdur.

Ərdoğan Tehran və Ankara arasındakı yaxşı və konstruktiv münasibətlərə toxunaraq bu münasibətləri imtiyazlı və müstəsna səviyyəyə qaldırmaq səylərini vurğulayıb.

O, ölkəsinin iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!