Ərdoğandan Qərbə Qarabağ   ÇAĞIRIŞI

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI

Siyasət

21 İyun 2021 20:52 2919


“Səhərə yaxın Bakıya çatdıq. Bir neçə saat sonra da Azərbaycan Prezidenti qardaşım Əliyevlə birlikdə işğaldan azad edilən Şuşa şəhərinə hərəkət etdik. Həm Brüsseldən birlikdə gəldiyimiz, həm də birbaşa Azərbaycana gələn heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, acılarını, nəticələrini şəxsən görmə imkanı tapdım".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Azərbaycana səfəri barədə danışarkən bildirib.

"Təxminən 30 il sürən işğal zamanı Qarabağa və qəsb edilən Azərbaycan torpaqlarına bir mismar da çalınmaması ilə yanaşı, var olan mirasın da vəhşicəsinə məhv edildiyini gördük. pizza sifarişi

Hər tərəfin necə dağıdıldığını, yandırıldığını gördük. Bütün bunlarla yanaşı, dünyaya, birinci dərəcədə isə Qərbə deyirəm: “Gəlin, lütfən, Qarabağı görün”. Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim nələri 30 ildə nə hala gətirib, bunu görün”, - deyə Türkiyə dövlət başçısı bildirib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!