Ərdoğanla Zelenski İstanbulda görüşəcək 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla Zelenski İstanbulda görüşəcək 

Dünya

08 Mart 2024 09:28 424


Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib. 

"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da Prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.  Toyuqlu pizza

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhəsəbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!