Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi

saytların hazırlanması

Evə çatdırılma

Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi

Kriminal

23 Noyabr 2024 19:30 1233


Naftalanda "WhatsApp" vasitəsilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib.

"Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb.

Naftalan şəhər sakini V.Ə. adlı qadın "WhatsApp" vasitəsilə X.C.-yə yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C. isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. "Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən", - deyə falçı qadına bildirib. pizza hut

V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18 000 manat pul, bir ədəd qızıl boyunbağı (4 194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22 442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək, yoxa çıxıb.

Zərərçəkmiş qadın hüquq-mühafizə orqanlarına müraciət etməli olub. 27 yaşlı falçı saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, 22 442 manat dəyərində pulu V.Ə.-yə qaytardığını deyib. Onlar arasında barışıq olduğunu bildirib. Məhkəmə onu cinayət işi üzrə məsuliyyətdən azad edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!