Ərəb dövlətləri Rusiya və Ukrayna arasında atəşkəslə bağlı Ərəb Dövlətləri Liqasının (APL) qərargahında danışıqlar aparmaq istəyir.
Yenisabah.az “Al24”ə istinadla xəbər veri ki, bu barədə təşkilatın baş katibi Əhməd Əbu əl-Qeyt bildirib.
Baş katibin sözlərinə görə, Ərəb Liqasının üzvləri Rusiya və Ukraynanı bir masada yaxınlaşdırmaq, eləcə də Ərəb Liqasının Qahirədəki qərargahında mümkün danışıqları aparmaq üçün məsləhətləşmələr aparırlar. pizza
Əhməd Əbu əl-Qeyt deyib: "Yaxın günlərdə bu məsələ ilə bağlı ideyaların müzakirəsi üçün təmas qrupunun nazirləri arasında videokonfrans formatında yeni görüş keçiriləcək. Ümumiyyətlə, ərəb dövlətləri liqanın qərargahında atəşkəslə bağlı danışıqlar aparmasını istəyir".
Xatırladaq ki, Misirin xarici işlər naziri Sameh Şükri aprel ayında Ərəb Liqasının Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə və böhranın həllində vasitəçilik etməyə hazır olduğunu bildirib.
Telegram kanalımız