Bakıda ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılovanın barəsindəki məhkəmə qərardan kassasiya şikayəti verilib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb. Toyuqlu pizza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadının şikayətini təmin etməyib.
2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova 1952-ci il təvəllüdlü əri Rəşid Axundovu boğaraq qətlə yetirib. Qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb. İ. İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız