Salyanda amansız qətl: Qadın sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda amansız qətl: Qadın sərbəst buraxıldı

Kriminal

13 Yanvar 2025 12:11 401


Ötən il itkin düşmüş Salyan sakininin ölüm hadisəsində yeni detallar məlum olub.

Yenisabah.az xəbər verir ki, onu arvadının yox, oğlunun öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Onun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib. Pepperoni pizza

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!