“Ermənilər hər cür təxribata əl atacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər hər cür təxribata əl atacaq”

Siyasət

07 İyun 2021 18:32 875


“Hesab edirəm ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan çıxışı daha çox şantaja oxşayır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyanən işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində 17 maşın mina basdırdıqları ilə bağlı etirafını şərh edərkən deyib.

Politoloqun fikrincə, Ermənistan prosesi dayandırmaq üçün bütün vasitələrə əl atacaq: “Ermənilər üçün ən təhlükəli məqam vətəndaşların Kəlbəcər rayonuna qayıtması və ərazinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsidir. Bu baxımdan onlar başa düşür ki, Qarabağ bölgəsində yaşayan ermənilər izolyasiya vəziyyətinə düşəcəklər. Ermənilər hər bir vasitəyə əl atırlar ki, bu prosesi ya dayandırsınlar, ya da ləngitsinlər”. Pepperoni pizza

Tofiq Zülfüqarov qeyd edib ki, 17 maşın mina sadəcə sıradan olan bir bəyanatdır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində 17 yük maşını mina basdırdıqlarını etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!