“Düşmən ölkə ilə bağlı iki fakta xüsusi diqqət yetirməmiz lazımdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, Ermənistanın baş naziri Paşinyan vurğulayıb ki, gündəmimizdəki ən başlıca məsələ Qarabağın statusudur:
“Demək ki, nəyəsə ümid edirlər və hazırlıq görürlər. İkincisi isə, Avropa Birliyi ötən Cümə günü önümüzdəki 5 ildə Ermənistana 2,6 mld. avro (3,1 mld. dollar) yardım və yatırım sözü verib. Bunu AB Qonşuluq və Genişlənməyə məsul komissiya üzvü Varheyl ilə erməni liderlərinin görüşündə səsləndiriblər. Toyuqlu pizza
AB hansısa formada Ermənistanın dirçəldilməsi üçün səylər göstərir, diplomatiyamız bu istiqamətdə də tədbirlərini görməlidir”.
Telegram kanalımız