Ermənilər Qarabağdan getdi. Növbə ruslarındır?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağdan getdi. Növbə ruslarındır?

Siyasət

03 Oktyabr 2023 15:18 2734


“Qarabağ ermənilərinin bölgəni könüllü tərk etməsi fonunda Rusiya sülhməramlılarının bölgədən çıxması hipotetik bir məsələdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.

O, Qarabağ ermənilərinin Xankəndi və ətraf əraziləri könüllü şəkildə tərk etməsindən sonra bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının aqibəti barədə fikirlər səsləndirib. pizza hut

Analitik vurğulayıb ki, bu məsələnin konkretləşdirilməsi üçün Azərbaycan Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağda qalan yerli sakinlərin qeydiyyatını aparılmalıdır:

“Bu qeydiyyat da ünvanlar üzrə adlı şəkildə aparılmalıdır ki, konkret bilinsin hansı yaşayış məntəqəsində kimlər qalıb? Yalnız bu halda Azərbaycanın Qarabağ bölgəsində nə qədər erməniəsilli sakinin qaldığı haqqında dəqiq məlumat əldə etmək mümkündür”. 

S.Əkbər hesab edir ki, hazırda Azərbaycan müvafiq prosesi birtərəfli qaydada elektron və canlı müraciət şəklində aparır:

“Lakin mənə elə gəlir ki, orada qalan əhalinin hamısı müraciət etməsə belə, onların qeydiyyatı aparılmalıdır. Biz bunları ruslarla birgə etməliyik ki, gələcəkdə Qarabağda qalan erməniəsilli sakinlərə qarşı hər hansı bir təzyiqin olması haqqında Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülə bilməsin”. 

“O ki qaldı BMT nümayəndəsinin Xankəndiyə gəlməsinə, o bir günlük oraya gəlməklə müəyyən edə bilməz ki, orada nə qədər adam qalıb. BMT rəsmiləri bu rəqəmləri yerli sakinlərlə söhbət əsasında irəli sürüblər. Ona görə də bu rəqəmlərə əsaslanmaq qeyri-ciddi olardı”, – deyə o, əlavə edib.

Mütəxəssisin sözlərinə görə, Rusiya sülhməramlılarının bölgədə qalma müddətinə gəldikdə isə artıq Rusiya tərəfinin də bəyan etdiyi kimi, bu, Bakı və Moskva arasındakı danışıqlardan asılıdır:

“İndiki halda ABŞ başda olmaqla Qərbin müstəqil beynəlxalq müşahidə missiyasının uzunmüddətli şəkildə Qarabağa gəlməsini tələb etdiyi bir vaxtda bizim rusların tez-bazar bölgədən çıxarılması ilə bağlı tələblərimizi irəli sürməyimiz, məncə, praqmatik maraqlarımıza uyğun deyil. Bu halda Rusiya da məcbur qalıb bu tələblərə qoşulacaq və biz vahid, birləşmiş bir cəbhə ilə üz-üzə qalacağıq ki, bunun da bizim üçün BMT-də xoşagəlməz nəticələri ola bilər”. 

Siyasi təhlilçi indiki halda Azərbaycan rəhbərliyinin yanaşmasını düzgün hesab etdiyini söyləyib:

“Bakı hələlik Qarabağda Rusiya sülhməramlılarının qalmasına icazə verir və bu məsələni qaldırmır. Bunun da nəticəsini biz Rusiyanın mövqeyində görürük. Kreml artıq Azərbaycanla bağlı nisbətən obyektiv mövqe tutur və bu, Azərbaycanın maraqlarına cavab verən bir mövqedir. Digər tərəfdən, Rusiya öz maraqlarına görə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı bu məsələ ilə bağlı təzyiqin olmasının qarşısı almaqdadır. Çünki Rusiya da istəmir ki, Qarabağa uzunmüddətli bir missiya gəlsin. Bu məsələdə Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşür”. 

“Azərbaycan qısamüddətli şəkildə BMT missiyasını Xankəndiyə görməklə yanaşı, Rusiya sülhməramlılarını orada saxlamaqla, mənə elə gəlir ki, bu məsələdə öz maraqlarına uyğun balans yarada bilib. İndiki perspektivdə biz çalışmalıyıq ki, bölgəyə əlavə və uzunmüddətli beynəlxalq missiya gəlməsin. Çünki beynəlxalq missiyanın Qarabağa gəlməsi bizim maraqlarımıza ziddir və irəlidə bizim üçün problemlər yarada bilir. Onsuz da bununla bağlı Kosovo örnəyi göz qabağındadır ki, biz örnəkdən nəticə çıxarmalıyıq”, - deyə, politoloq fikirlərini tamamlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!