Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.
Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Bəs görəsən, bundan sonra hər hansı problem gözlənilirmi? Hadisələr hansı istiqamətdə inkişaf edəcək? pizza sifarişi
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə tezliklə sülh sazişinin imzalanacağına ümid etdiyini deyib:
"Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan qısa müddətdə antiterror tədbirlərini həyata keçirərək qeyri-qanuni silahlı dəstələri tərksilah etdilər. Onlar erməni silahlı qüvvələrini Azərbaycanı tərk etməyə məcbur etdilər. Azərbaycan eyni zamanda, Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası ilə bağlı erməni icmasının nümayəndələrini Yevlaxda görüş keçirməyə dəvət edib. Azərbaycanın məqsədi sülh və sabitlikdir, biz Qarabağ bölgəsini bərpa edərək yüz minlərlə vətəndaşımızı öz yurdlarına qaytarmaq istəyirik. Ümidvarıq ki, Ermənistan tezliklə Azərbaycanla sülh sazişini imzalamağa hazır olacaq və proseslərə mane olmayacaq.
Biz sərhədləri müəyyənləşdirə, danışıqlar apara, delimitasiya və demarkasiyanı sürətləndirə bilərik".
Onun sözlərinə görə, bundan sonra terrorçuların bütün cəhdləri uğursuzluqla nəticələnəcək:
"Yeganə problem hər zaman faciə istəyi ilə yaşayan radikal erməni diasporası və onların təsiri altında olan, korrupsiyaya uğramış bəzi qərb siyasətçiləridir. Onlara faciə lazımdır və Qarabağda olan erməniləri bir növ girov olaraq görürlər. Onlar Ermənistan ermənilərinə də o cür yanaşırlar. Onlar yeni faciələr yaratmağa cəhd edə bilərlər, amma Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, biz heç kəsə öz torpaqlarımızda terror törətməyə icazə verməyəcəyik! Azərbaycan qüdrətli dövlətdir və özünü müdafiə edə bilər, öz ərazi bütövlüyü bərpa edib və mənə elə gəlir ki, terrorçuların istənilən cəhdləri yenə də uğursuzluqla nəticələnəcək. Azərbaycanın qələbəsi şəkksizdir!"
Əsmətxanım Rzazadə
Telegram kanalımız