Ermənilərin “boz zona” niyyəti: “Ərazimizdəki qaydaları özümüz diktə edirik”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin “boz zona” niyyəti: “Ərazimizdəki qaydaları özümüz diktə edirik”

Siyasət

12 Sentyabr 2023 12:48 1537


Ağdam-Xankəndi yolu vasitəsilə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük maşının Xankəndiyə getməsi artıq həmin yolun Azərbaycanın diktəsi ilə işlək hala salınması anlamına gəlir.

Bununla da Azərbaycanın bu məsələ ilə bağlı qətiyyətli mövqeyi nəticəsində bölgədə “humanitar fəlakət” yaşadığını deyən ermənilərin bütün saxta hay-həşirləri məhv olmuş, eləcə də separatçıların “mübarizə” əzmləri sınmışdır.

Həmçinin bu gün bir çox erməni nəşrləri rusların Ağdam-Xankəndi yolunun açılması ilə bağlı separatçılara ultimatum verməsi haqqında məlumat da verib. KİV-lərin yazdığına görə, ermənilər əvvəlcə bu yolun açılmasına qəti şəkildə etiraz etsələr də, rus komandirlər Azərbaycanın Ağdam yolu ilə bağlı mövqeyindən geri çəkilməyəcəyini bəyan edərək, göndərilən humanitar yüklərin onlar üçün son şans olduğunu dilə gətirib. Dominos pizza

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycanın daxilində hər hansı bir “boz zona”ların olmasını rəsmi Bakının qəbul etməyəcəyi ilə bağlı bəyanatı da Ağdam yolunun 30 ildən sonra işlək vəziyyətə salınmasına gətirib çıxarıb.

Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) lideri Fazil Mustafa da söyləyib ki, Ağdam-Xankəndi yolunun açılması, əslində, bizim üçün sürpriz deyildi, əksinə, bu, açılmalı idi:

“Bu, artıq müəyyən bir yolun ermənilər tərəfindən bəhanə edilməsini gündəmdən çıxardı. Deməli, bu yol işləyə bilər ermənilər bu yoldan hər şeyi qəbul edə bilərlər və hər hansı bir şəkildə başqa yol axtarmağa yol qalmır”.

Partiya sədri əmin edib ki, Rusiyanın bu addımı digər dövlətlər üçün də nümunə ola bilər:

“Təbii ki, Azərbaycan sərhədini keçən istənilən yükün daxil olması məsələsinə baxıla bilər. Lakin hamısı Azərbaycanın razılığı ilə olmalıdır. Eyni zamanda Azərbaycandan gələn yük də hansısa bir təəccüblə qarşılanmamalıdır. Çünki biz bu prosesi birlikdə sonluğa gətirib çıxarmalıyıq. Ona görə ki, biz öz ərazimizdəki qaydaları özümüz diktə edirik və burada kiminsə kənar müdaxilələrinə ehtiyac qalmır. Bu, presedent olaraq çox yaxşı bir presendentir və bunu diplomatiyada da istifadə etməliyik”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!