“Ermənistan öz məhdud resurslarını Azərbaycana qarşı istifadə edir, yəni öz düşmənçiliyini həyata keçirir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
O, Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı həyata keçirdiyi məhkəmə proseslərindən söz açıb. Pepperoni pizza
F. Məmmədovun sözlərinə görə, sülh sazişinə qədər bu proseslərin olması normaldır:
“Əgər sülh sazişindən sonra da bu minvalla davam edəcəklərsə, onda deyə bilərik ki, sülh sazişi bizi sülhə gətirməyib. Lakin hazırda yekun sülh sazişi yoxdur və bununla bağlı iş gedir. Eləcə də hər bir tərəf danışıqlardakı mövqeyini möhkəmləndirməyə çalışır”.
Politoloqun bildirib ki, Azərbaycan bunu həm diplomatik, həm də hərbi-siyasi müstəvidə həyata keçirir:
“Ermənistan isə hərbi-siyasi müstəvidə zəif olduğu üçün tərəfdaşları ona dəstək olmaq istəyir. Təki şərti sərhəddə İrəvanın potensialı yüksəlsin. Diplomatik səviyyədə Ermənistan öz resursları ilə beynəlxalq məhkəmələrə müraciət edir, parlament assambleyalarında sənədlərin və qətnamələrin qəbuluna çalışır. Beləliklə, ermənilərin məqsədləri haradasa reallaşır”.
Məsələn, dünən bu, AŞPA-da alındı, lakin BMT səviyyəsində alınmadı. Ona görə də sülh sazişi imzalanacaqsa və bu tendensiya davam edəcəksə, İrəvanla münasibətlərin üstündən xətt çəkə bilərik. Lakin hələlik danışıqlar baş tutmayıb və tərəflər də qarşılıqlı olaraq mühitin formalaşdırılması üçün heç bir addım atılmayıb”.
F. Məmmədovun fikrincə, beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialara müəyyən dövr üçün fasilə verilməlidir: “Yəni sülh sazişi işləyəcəksə, onda fasilə uzadıla bilər və tərəflər bir-birini məhkəməyə verməkdə maraqlı olmaz. Yox, əgər sülh sazişi işləməyəcəksə, köhnə minvalla gedəcəyik”.
“Bizim Ermənistanla münasibətlərimizin tarixi 1991-ci ildən başlayır və həmin ildən bu yana İrəvanla konstruktiv gündəliyimiz olmayıb, əksinə, ancaq müharibə aparmışıq. Bundan sonra fərqli nələrsə olacaqsa, bu, tarixi dövr adlanacaq, çünki ermənilərlə sülh şəraitində yaşama təcrübəmiz yoxdur”, – deyə politoloq fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız