Ermənipərəst senatorlar Azərbaycana yardımın dayandırılmasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

Ermənipərəst senatorlar Azərbaycana yardımın dayandırılmasını istəyir

Siyasət

09 İyun 2021 11:42 874


"ABŞ Azərbaycana yardımın dayandırılması məsələsini araşdırmağa davam etmək niyyətindədir".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib.

“ABŞ, Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında davam edən gərginlik fonunda Azərbaycana hərbi də daxil olmaqla, müxtəlif növ yardımların göstərilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməyə davam edəcəkdir”. Sezar pizza

Vaşinqtonun Bakıya yardım məsələsi Dövlət departamenti rəhbərinin iştirakı ilə keçirilən dinləmələrdə qaldırılıb.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes ABŞ rəhbərliyinin müstəsna əsasda, hərbi hökumət də daxil olmaqla, Azərbaycan hökumətinə yardım göstərməyə davam etmək qərarından məyus olduğunu bildirib.

Menendesə cavab olaraq Blinken bildirib: "Bunu düşünməyə davam etməliyik".

“Mən bu mövzuda fəal işləyirəm. Xüsusilə əsirlərin geri qaytarılması, Dağlıq Qarabağdakı münaqişənin həqiqi həll yolu ilə danışıqlarda qarşılıqlı təsir məsələsində”, – deyə Blinken ətraflı şərhdən çəkinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!