“Ermənistan cəmiyyəti ATƏT-in passiv mövqeyindən məyus olub“   - Ann Linden

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan cəmiyyəti ATƏT-in passiv mövqeyindən məyus olub“ - Ann Linden

Siyasət

29 İyun 2021 16:31 1100


“Mən Ermənistanı və Azərbaycanı bütün məhbusları azad edərək müsbət addım atmağa çağırıram”.

Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linden bildirib. O, yenidən Azərbaycanı erməni əsirlərini azad etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqları bərpa etməyə və siyasi həll yolu tapmağa səsləyib. Ann Linde mətbuat konfransında qeyd edib ki, Ermənistan cəmiyyəti Dağlıq Qarabağdakı müharibə zamanı ATƏT-in passiv mövqeyindən məyus olub. “ATƏT-in Dağlıq Qarabağda baş verənləri, münaqişənin həlli üçün böyük səy göstərməməsi ilə razı deyiləm. Çox fəal bir xüsusi nümayəndəm var. Vəziyyəti müzakirə etmək üçün dünən şəxsən onunla görüşdüm. Çox müsbət addımlar atmağa çalışan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransa həmsədrləri var”.

ATƏT-in fəaliyyətdə olan sədri iyunun ortalarında 15 erməni əsirinin Ermənistana qaytarılması barədə razılığın əldə edildiyini və Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etdiyini xatırladıb. Ann Linde bunu güvən yaratmağın xoş yolu kimi qəbul edir. Onun fikrincə, bu, Gürcüstanın əvəzsiz rolu, ABŞ, Avropa Şurası, Avropa Komissiyası və ATƏT həmsədrləri arasındakı mükəmməl əməkdaşlıq nəticəsində baş verib. Pepperoni pizza

Ann Linde bildirib: “Mən Ermənistanı və Azərbaycanı bütün məhbusları azad edərək müsbət addım atmağa, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında və Anjey Kasprşikin iştirakı ilə danışıqları siyasi yolla həll etməyə başlamaq üçün çağırıram, çünki hələ də sülh razılaşması yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!