“Ermənistan cəzalanmadığı üçün özünü sərbəst apara bilir” – Prezidentin tənqidinə reaksiya 

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan cəzalanmadığı üçün özünü sərbəst apara bilir” – Prezidentin tənqidinə reaksiya 

Siyasət

25 Avqust 2021 13:33 3129


Birinci Qarabağ müharibəsindən sonra UNESCO erməni vəhşiliyini nəticəsində ölkəmizə dəyən ziyanı görmək üçün dəfələrlə Azərbaycana dəvət olunsa da, səfər baş tutumayıb. Çünki BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış bu qurumu siyasi məsələlərə qarışmaq istəmədiyini bildirib. 

Lakin müharibədən sonra Azərbaycan  UNESCO tərəfindən onların gəlmək istədiyinə dair müəyyən siqnallar alıb. Bu barədə Prezident İlham Əliyev ötən gün BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən məlumat verib. Ölkə başçısı bizim bununla razılaşdığımızı qeyd edib:

“Mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”. pizza mizza

Maraqlıdır, BMT-nin ölkəmizə xüsusi missiya göndərməsi Azərbaycana nə qazandıracaq? Ermənilər UNESCO-nun Azərbaycana gəlməsindən niyə narahatdır, onları qorxudan nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov qeyd edib ki, UNESCO nümayəndələri Qarabağa gələndə erməni vəhşiliyini görəcək və onunla bağlı sənədləşdirmə aparacaqlar:

“Bu gün hamımıza məlumdur ki, ermənilər Qarabağda çox böyük vəhşilik törədiblər. Yaşayış məskənləri, mədəniyyət ocaqları, hətta dünya əhəmiyyətli tarixi abidələr, məscidlər, kilsələr tamamilə dağıdılıb. Bizim azad olunan hər bir rayonumuzda 100 və daha az kənd var, amma heç biri salamat deyil. Çünki ermənilər hesab edirdilər ki, onlar uzun müddət bu əraziləri işğalada saxlaya biləcəklər, zamanla Azərbaycan xalqı bu əraziləri unudacaq və havadarları da onlara dəstək verəcək. 

Amma cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bu torpaqları işğaldan azad etdi. Yeni reallıq yaratdı və ermənilərin planları puç oldu. UNESCO oraya gələndə bunların hamısını görəcək və sənədləşdirmə aparılacaq”.

Millət vəkilinin sözlərinə görə, ermənilərin narahatlığı onların barbarlığının rəsmi şəkildə beynəlxalq müstəviyə çıxarılacağından ibarətdir:

“Buna görə də onlar belə halın yaşanmasına imkan vermək istəmirlər. Dünən Prezident bir məsələyə də xüsusi toxundu ki, Ermənistanın özünü belə barbar aparmasının səbəbkarlarından biri elə beynəlxalq qurumlardır. 

Məsələn, 30 ilə yaxın müddətdə biz UNESCO-ya videolar, şəkillər, arayışlar təqdim etdik. Lakin heç bir reaksiya verilmədi. “Bu siyasi məsələdir, ona görə də biz qarışa bilmərik”,-dedilər. Onda belə sual yaranır: UNESCO-nun missiyası nədir?”.

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan etiraz etsə də, UNESCO bu bölgəyə gəlməyə nail olmalıdır:

“Biz çalışmalıyıq ki, erməni vəhşiliyi beynəlxalq  müstəvidə rəsmiləşdirilsin. BMT-nin nümayəndəsi ilə görüşdə Prezident bu məsələlərə də toxundu. Yəni biz beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq, amma bu qurumlar Azərbaycanın səsini eşitməli, məruz qaldığı təcavüzü beynəlxalq müstəvidə aktlaşdırmalı, sənədləşdirməlidir, o cümlədən Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir ki, gələcəkdə bu kimi vəhşilikləri törətməyə cəhd etməsinlər. 

Ermənistan cəzalandırılmadığı üçün özünü elə sərbəst apara bilir. Bu gün ikili standartlar, islamofobia, türkofobia var. Biz çalışıb haqq səsimizi yüksəltməliyik. Bütün hallarda onlar buraya gəlməlidirlər, dünya mədəniyyətinə, İslama qarşı vəhşiliyi yerində görüb hesabat hazırlamalıdırlar. Biz onsuz da sənədləşməni aparırıq, Ermənistanı məhkəməyə verəcəyik. Amma eyni zamanda  istəyirik ki, BMT-nin, UNESCO-nun rəsmi sənədlərində də Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilik əksini tapsın. 

Hansısa bir xəbərdarlıq olunsun ki, ən azından Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması istiqamətində addım atılmış olsun. Son günlər yenə ermənilər revanşist bəyanatlar verirlər, atəşkəsi pozurlar, görünür, müharibədən nəticə çıxarmayıblar.  

Ona görə də barbar millət kimi beynəlxalq aləm tərəfindən tanınacaqlar. Sənədləşmə müxtəlif dillərdə aparılıb ayrı-ayrı qurumlara təqdim olunacaq. UNESCO-nun əsas vəzifələrindən biri mədəni irsin qorunmasıdır. Onun gəlməsi bizim ümumi haqq davamıza, informasiya müharibəmizə, qələbəmizə öz töhfəsini verəcək”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!