“Ermənistan dialoqa maneçilik törədir” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan dialoqa maneçilik törədir” - Nazir

Siyasət

04 Sentyabr 2023 21:23 310


"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".

Yenisabah.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışı zamanı deyib.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçılarını məlumatlandırıb. pizza mizza

O, Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!