Ermənistan-Gürcüstan sərhədində nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan-Gürcüstan sərhədində nə baş verir?

Dünya

10 Noyabr 2023 22:06 1364


Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sürücülər bildirir ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti normal işləmir. Marqarita pizza

Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar. (unikal)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!