Ermənistan Hindistandan PUA əleyhinə sistemlər alacaq 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Hindistandan PUA əleyhinə sistemlər alacaq 

Dünya

09 Noyabr 2023 12:24 634


Ermənistan Hindistandan “Zen Technologies” şirkəti tərəfindən hazırlanmış PUA əleyhinə sistemlər alacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Armenpress”in məlumatında bildirilib. 

Qeyd olunur ki, müqavilənin dəyəri hərbi kadrların hazırlanması xərcləri də daxil olmaqla 41,5 milyon dollardır.  Dominos pizza

Əks PUA sistemi pilotsuz uçan aparatları aşkarlayıb təsnif edir, onların passiv kəşfiyyatını müəyyənləşdirir və rabitə sistemini sıradan çıxararaq təhlükəni aradan qaldırır. 

“Zen Technologies” şirkətin idarə heyətinin 28 oktyabr 2023-cü il tarixli iclasında Ermənistanda filialın açılmasının təsdiqləndiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!