“Ermənistan kimyəvi silahların tətbiqinə görə məsuliyyətə cəlb edilməlidir”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan kimyəvi silahların tətbiqinə görə məsuliyyətə cəlb edilməlidir”

Siyasət

10 İyul 2021 23:16 1590


“Ermənistan kimyəvi silahların tətbiqinə görə məsuliyyətə cəlb edilməlidir”.

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın bu cinayəti beynəlxalq miqyasda ifşa edilməli və cəzalandırılmalıdır:

“Ermənistan Vətən müharibəsində həm hərbçilərə, həm də mülki insanlara qarşı qadağan edilmiş kimyəvi silahlardan istifadə etməklə ağır cinayətlər törədib. Bununla bağlı ölkəmizin əlində çoxsaylı sübutlar, konkret faktlar mövcuddur. Pepperoni pizza

Onlar kimyəvi silahalrdan istifadə etməklə təbiətə də böyük zərbə vurublar. Şuşa meşələrinin bir qismi həmin kimyəvi silahlardan istifadə edilməklə məhv edilib, bu meşələrdə yanğınlar törədilib.

Təbii ki, bütün bunların beynəlxalq miqyasda ifşa edilməsinə ciddi ehtiyac var və Ermənistan törətdiyi bu cinayətlərə görə də məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdır”./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!