Ermənistan Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini tanıdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini tanıdı

Siyasət

17 İyul 2021 22:23 1176


Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarlı sayılması barədə qərarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Ermənistan KİV-ləri Konstitusiya Məhkəməsinin qərarını məhkəmə salonundan canlı yayımlayıb.

“Konstitusiya Məhkəməsi 20 iyun 2021-ci il tarixli növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlamağa qərar verib”, - deyə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib. Sezar pizza

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!