Ermənistan ordusunu Şuşanın şimalında kim yerləşdirib?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunu Şuşanın şimalında kim yerləşdirib?

Siyasət

17 İyul 2021 08:28 15332


“Rusiya Müdafiə Nazirliyinin Laçın dəhlizi və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrindən çox əcaib bir bəyanat yayılıb. Bəyanatda 13 iyulda Azərbaycan və Ermənistan ordusu arasında Şuşanın şimalı qərbində atışma olub, ancaq tələfat olmayıb deyə qeyd olunur”.

“Yeni Sabah” xəbər verir ki, belə bir açıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib. O, qeyd edib ki, belə bir əcaib bəyanatdansa, Rusiya MN Ermənistan ordusunu Şuşanın şimalında kim və nə vaxt yerləşdirib onu izah etməli idi:

“Ermənistan ordusunu həm o zonadan, həm də Xankənddən nə vaxt Ermənistana dislokasiya edəcəyinin tarixini bildirməli idi. Əgər bacarmırsa, Azərbaycana öz torpaqlarını Ermənistan ordusundan təmizləsin xahişini etməli idi. Rus qoşunları orada yenidən Erməni silahlıları yaratmaq üçün dəvət edilməyiblər”. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!