“Ermənistan ordusunun bərpası üçün ən azı...” – Samvel Manukyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ordusunun bərpası üçün ən azı...” – Samvel Manukyan

Siyasət

17 İyul 2021 13:21 21081


“Ermənistan ordusunun bərpası üçün ən azı 2-3 il lazımdır”.

Yenisabah.az erməni mediasına istinadla xəbər verir ki, bunu sosioloji elmlər namizədi Samvel Manukyan “Beyin fırtınası: seçkidən sonrakı Ermənistan, reallıqlar və gözləntilər” mövzusunda keçirilən müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, ölkədəki qeyri-sabitlik dörd əsas faktorla əlaqəlidir. “Parlament çoxluğu ilə müxalifət arasında aşılmaz bir uçurum var. Ermənistan və Rusiyanın siyasi elitaları arasında inamsızlıq davam edir. Ermənistandakı bütün siyasi qüvvələr ölkənin suverenliyinin aşağı səviyyəsindən xəbərdardırlar. Eyni zamanda, onların əhəmiyyətli bir hissəsinin faktiki hərəkətləri, Ermənistanın rus elitaları arasında inamsızlığını artırır”. Sezar pizza

“Döyüşə hazır və müasir bir Ermənistan ordusunun bərpası üçün ən azı 2-3 il lazımdır”, – deyə Samvel Manukyan əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!