Ermənistan Paşinyana görə Rusiyaya nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Paşinyana görə Rusiyaya nota verdi

Siyasət

24 Oktyabr 2023 21:13 641


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, - XİN-in bəyanatında deyilir. Sezar pizza

Qeyd edək ki, veriliş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!