Ermənistan sülh sazişinin imzalanmasını səhvən uzadır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sülh sazişinin imzalanmasını səhvən uzadır

Siyasət

06 Sentyabr 2021 07:46 2122


“Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına başlanmasının yubadılmasının səbəbi Yerevanın hazır olmamasıdır.  Bu danışıqlarda əsas məqam iki müstəqil dövlətin qarşılıqlı şəkildə bir-birini tanımasıdır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu  Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Exo Baku" layihəsinə müsahibəsində deyib.

Onun fikrincə, Azərbaycanı hazırkı sərhədlərində tanımaqla erməni elitası keçmiş Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olacaq. pizza hut

Lakin M. Əliyev hesab edir ki, sonunda Ermənistan Azərbaycan dövlətini indiki sərhədlərində tanımalı olacaq, çünki 44 günlük müharibədən öncəki status-kvonun qaytarılmasına gətirib çıxara biləcək geosiyasi vəziyyətin dəyişəcəyinə ümid özünü doğrultmur. Münaqişənin nizamlanmasında qarşılıqlı fəaliyyət göstərən Rusiya və Türkiyə kimi ölkələrin arasında münasibətlər sabit olaraq qalır və bundan əlavə, Böyük Şərq məkanında genişlənir.

Sərhəd eksseslərinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə iştirakını genişləndirməkdə davam edir, azad edilmiş torpaqların rekonstruksiyası üzrə fəal işlər gedir. Buna görə də vəziyyətin inkişafına Azərbaycan üçün müsbət hal kimi baxmaq olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!