“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir”. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, əgər İrəvan sərhədlərin delimitasiyası, habelə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxarsa, növbəti dəfə peşman olacaq.
ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsinin səfirlərinin Şuşaya getməməsindən bəzi yanlış nəticələr çıxaran ermənilər bir neçə gündür ki, təkrarən münaqişənin həll olunmadığı və danışıqlar formatına qayıtmağın vacibliyi barədə absurd iddiaları gündəmə daşımağa başlayıblar. Düşmənin Şuşa və Naxçıvan istiqamətində atəşkəsi pozaraq Azərbaycan hərbçilərinə qarşı silahdan istifadə etməsi Paşinyan hakimiyyətinin regionda destabil vəziyyət yaratmağa çalışdığını göstərir. Əsas məqsəd sərhədlərin delimitasiyasını, nəqliyyat kommunikasiyalarının bərpasını və beləliklə sülh sazişinin imzalanmasının qarşısını almaqdan ibarətdir.
Azərbaycan Prezidenti ötən gün Xocasəndə şəhid ailələri və müharibə əlilləri ilə görüşdə Ermənistan rəhbərliyi və ermənipərəst dairələrin postmünaqişə dövrünün prioritetləri ətrafında qurduğu bu yalan təbliğatını növbəti dəfə darmadağın edərək bildirdi ki, “Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar”. pizza hut
Baş Komandanın qarşı tərəfə xəbərdarlıq mesajı aydın və sərrastdır: Ermənistan regionda yaranmış yeni reallığı anlamalı, Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması təklifinə adekvat reaksiya verməlidir. Əks təqdirdə, düşmən üçün yeni “dəmir yumruq”, yenidən rəzil durum qaçılmaz olacaq. Ancaq görünən odur ki, Paşinyan və onun avantürist komandası hələ bir müddət əsəblərlə oynamaq, beynəlxalq gücləri proseslərə aktiv müdaxiləyə cəlb etmək üçün çeşidli oyun qurmaq niyyətindədir. Son günlərdə nə baş verir?
1.Nikol Paşinyan Fransanın İrəvandakı səfiri ilə görüşdə bildirdi ki, Qarabağ münaqişəsinin kompleks həlli üçün Minsk qrupu həmsədrlərinin vasitəçiliyi vacib məsələdir.
2. Ermənistanın Ombudsmanı Zəngəzur sakinlərinin hüquqlarının qorunması barədə absurd tələb irəli sürdü.
3. Baş nazirin müavini funksiyasını yerinə yetirən Tiqran Avinyan vurğuladı ki, “status məsələsi həll olunmadan sülh sazişindən danışmaq yersizdir”.
4. Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyası tərkibində Ermənistanı təmsil edən baş nazirin müavini səlahiyyətini icra edən Mger Qriqoryan bəyanat verdi ki, “Azərbaycan tərəfi ilə dəhliz məntiqi üzrə heç bir danışıq aparmamışıq və bundan sonra da aparmayacağıq”.
Bütün bunlar o deməkdir ki, rəsmi İrəvan Qarabağa dair ekstremist planlardan əl çəkməyib. Zəngəzur dəhlizi məsələsinin tamamilə fərqli kontekstdən gündəmə gətirilməsinin praktik cavabını isə Azərbaycan Prezidenti belə verdi.
“Biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Dövlət başçısı üçtərəfli 10 noyabr Bəyanatını bird aha xatırlatdı ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır.
Azərbaycan bu məsələdə konkret hüquqi sənədlərə və tarixi həqiqətlərə istinad etsə də, Ermənistan tərəfi inkarçılıq mövqeyi tutur. N. Paşinyan deyir ki, “biz bu bəndləri düzgün interpretasiya etməmişik, ona görə də həmin tələbləri yerinə yetirməyəcəyik”.
Deməli, düşmən təcavüzkar xətt üzrə hərəkət edir və beynəlxalq hüququn əleyhinə çıxır. 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğramış və təslimçilik aktına imza atmış Ermənistan özünü Azərbaycanla bərabər imtiyazlara sahib ölkə kimi aparır. Üstəlik, tələblər irəli sürməsi bu etnosun demoralizə olunmuş vəziyyətdən və şovinizm hisslərindən qurtula bilmədiyini bir daha təsdiqləyir. Sərhəd zonasında atəşkəsi kobud surətdə pozmaq, diplomatların Qarabağ regionuna səfərinə etiraz etmək, Prezident İlham Əliyevin bəyanatlarının təsiri altında beynəlxalq təşkilatlara yalvarışları artırmaq, həmsədr dövlətlərin şineli altında gizlənmək taktikası Ermənistanı daha da uçuruma aparacaq. Azərbaycan Ermənistanın belə tələb dolu danışıqlarını 28 il ərzində çox görüb. Amma indi reallıq o reallıq deyil. Hansısa ölkələrin qüvvət verməsi və gizli sövdələşməsi də tezlikllə buxarlanacaq. Necə ki, 28 ildən sonra buxarlandı.
Azər Qismət
Telegram kanalımız