Ermənilər niyə Azərbaycan dilini öyrənirlər?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər niyə Azərbaycan dilini öyrənirlər? - AÇIQLAMA

Siyasət

06 Sentyabr 2021 17:24 10919


Ermənistanda Azərbaycan dilini öyrədən ilk tədris mərkəzi açılıb. Mərkəzin rəhbərliyi hesab edir ki, bu dili yalnız xüsusi xidmət orqanlarının əməkdaşları deyil, sadə vətəndaşlar da bilməlidir. 

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov mövzu ilə bağlı Yenisabah.az-a açıqlmasında ermənilərin Azərbaycan dilini öyrənməsinin xüsusi bir yenilik olmadığını bildirib:

“Ermənistanda uzun illərdir ki. türk dilini, türk problemlərini öyrənən mütəxəssislər yetişir. Eyni zamanda, ölkədə güclü türkoloqlar var. pizza hut

Ermənistanda keçmiş SSRİ-ni, eləcə də Cənubi Qafqazı öyrənən istənilən ekspert türk dilini bilir. Türk dilini bilirlərsə, Azərbaycan dilini bilmələri də normaldır.  

Bu yeni bir məsələ deyil və təəccüb doğurmur, ermənilər Azərbaycan dilini öyrəməyə çalışdıqlarını indi ictimai şəkildə elan edirlər. Çünki onlar uduzduqları Azərbaycan haqqında hər şeyi bilməyə can atırlar. Azərbaycanın bütün siyasi gedişlərini, millətçi qüvvələri, siyasi qüvvələrin antierməni meyllərini və ya çağırışlarını yaxşı öyrənmək istəyirlər.

Ermənilər istəyir ki, Azərbaycan mətbuatı onlar üçün rusdilli məkandan deyil, Azərbaycan dilli məkanından açıq olsun.

Çünki rus dilində gedən xəbərlərimiz daha tolerant, ölçülüb-biçilmiş olur.

Ermənilər “düşmənini yaxşı öyrən” taktikasını seçiblərsə, sosial şəbəkə istifadəçilərimiz, mediada aktiv olan siyasətçilərimiz də öz çıxışlarında, bəyanatlarında millətləarası intriqaları, millətlərarası ədavəti qızışdıra biləcək çıxışlardan çəkinəcəklər”.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!