“Ermənistanda indi orada səngərlər qazmaqla bizi dayandıra biləcəklərini düşünürlərsə...”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda indi orada səngərlər qazmaqla bizi dayandıra biləcəklərini düşünürlərsə...”

Siyasət

15 Avqust 2021 14:57 4902


“Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha Ermənistan-Azərbaycan münaqişəsinə dair Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalamasının zəruriliyini vurğuladı”.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.

BAXCP sədri qeyd edib ki, bölgədə sülh yalnız Azərbaycan Prezidentinin ortaya qoyduğu konsepsiya əsasında mümkündür: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Dövlət başçısının da vurğuladığı kimi, əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə uzunmüddətli sülh gələcək. Ermənistanın silahlandırılması, o cümlədən Müdafiə Nazirliyinin 11 avqust tarixli açıqlamasında da qeyd edildiyi kimi Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması heç nəyi dəyişməyəcək. Əgər biz ermənilərin 10 illər ərzində Qarabağda yaratdığı və öyündüyü “Ohanyan səddi”ni bir neçə günə dağıtdıqsa, Ermənistan indi orada hansısa səngərlər qazmaqla bizi dayandıra biləcəklərini düşünürsə, deməli, onlar artıq reallıq hissini itirmiş, barmaq ipləri ilə hərəkətə gətirilən kuklalardır. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan, sayı 25 mindən az olan ermənilərin təhlükəsizliyi, ləyaqətli həyatı və bu torpaqlarda qalıb yaşamaları Azərbaycan Prezidentinin dediyi kimi, bizim cəmiyyətə inteqrasiyadan keçir”. pizza hut

Q. Həsənquliyev deyib ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri də Türkiyənin 44 günlük savaşda Azərbaycana verdiyi dəstək və Türkiyənin bizim üçün doğma ölkə, doğma vətən olması barədə səsləndirdiyi fikirlərdir: “Bu fikirlər gənc nəsillər üçün kredo olmalı olan fikirlərdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkənin yüksək vəzifəli şəxslərinin Azərbaycana birmənalı dəstəyi, qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. Birmənalı vurğulandı ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, bəzi ölkələrin özlərini necə aparacaqlarını bilmək olmurdu. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistanın, işğalçının tərəfində idilər. İşğala məruz qaldığı halda, Azərbaycana qarşı çox çirkin şər-böhtan kampaniyası aparılırdı. Qardaş Türkiyənin qətiyyətli mövqeyi isə bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Digər tərəfdən, Vətən müharibəsində Türkiyədən alınmış müasir silahlar, “Bayraktar”lar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nezer Guneshov
    Goy gazsinlar, siz de Van golunden bir neche uzu ashagi kanal chekun, digalar sengerleri gazib gurtaran kimi suyu buraxin, sure hamisini kol-kos dibine atajag!
    5 years ago