Ermənistanda Koçaryana qarşı cinayət işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Koçaryana qarşı cinayət işinə xitam verildi

Dünya

27 Dekabr 2023 18:59 599


İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı irəli sürülən xüsusilə külli miqdarda rüşvət alma ittihamlarının müddətinin başa çatması ilə əlaqədar ona qarşı işin dayandırılması barədə qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, Koçaryan iş adamı Silva Ambartsumyandan üç milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu, lakin iddia müddəti may ayında başa çatıb və əvvəlki iclasda Ermənistanın keçmiş başçısı cinayət təqibinin dayandırılmasına etiraz etməyib.​/Oxu.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!