Ermənistanda kritik gün başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda kritik gün başladı

Siyasət

20 İyun 2021 08:39 1848


Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. 

“Yeni Sabah” bildirir ki, seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edir. Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir.

İkinci prezident Robert Koçaryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır. Marqarita pizza

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan "Vətəndaş sazişi" partiyasının lideridir.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.

Milli Məclisə düşmək üçün siyasi partiyalar 5, bloklar 7 faizlik baryeri aşmalıdırlar.

2020-ci ilin noyabrında Azərbaycanla atəşkəs bəyanatının imzalanması Ermənistanda siyasi böhran doğurub. Erkən seçkilər bu böhranın nəticəsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!