Ermənistanda nə baş verir? - Bütün diplomatik korpus hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda nə baş verir? - Bütün diplomatik korpus hərəkətə keçdi

Siyasət

15 Sentyabr 2023 09:41 3262


“Nikol Paşinyan hökuməti üçün bir təhlükə var. İqtidar da, müxalifət də, ictimaiyyətin geniş təbəqəsi də bundan danışır. Təhlükənin haradan gəldiyi hələ görünməsə də, müxalifət partiyalarının gözləntiləri, Nikol Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu faktdır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Nikol Paşinyan bütün komanda yoldaşlarına (nazirlər, deputatlar, partiyanın idarə heyətinin digər üzvləri) bir nəfər kimi məktublar yazmağı, beynəlxalq tərəfdaşlara zəng etməyi və Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu və onlara məlumat verməyi tapşırıb. pizza mizza

Yəni Nikol Paşinyan Ermənistanda onun yerinə rusiyayönlü qüvvə və ya fiqurun gələcəyindən ehtiyat edərək hələ də Qərbdən dəstək almağa, hakimiyyətini saxlamağa çalışır.

İndi bütün komanda məktub və zənglərlə məşğuldur ki, Nikol Paşinyanın getməsi Rusiya Federasiyasının Ermənistanda daha da güclənməsinə səbəb olacaq.

Bizə onu da bildirdilər ki, diplomatik korpusa Paşinyan hakimiyyətinin üzləşdiyi təhlükələr barədə müxtəlif kanallar vasitəsilə müxtəlif ölkələrin hakimiyyət orqanlarını məlumatlandırmaq da tapşırılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!