Ermənistan növbəti dəfə MDB tədbirini “boykot” edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 100-cü iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
Məlumata görə, rəsmi İrəvan “Prezident” hoteldə keçirilən MDB İqtisadi Şurasının yubiley iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib. pizza sifarişi
Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir.
Telegram kanalımız