Ermənistanın bircə xilas yolu var   - Deputat açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın bircə xilas yolu var - Deputat açıqladı

Siyasət

07 Avqust 2021 10:26 3017


Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İham Əliyev arasında telefon danışığı olub. Onlar Türkiyədəki yanğınları və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentləri müzakirə ediblər.

Prezidentlərin sərhəd problemini müzakirə etməsi durumun ciddiyətinin göstəricisidir.

Milli Məclisin üzvü Cavid Osmanov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, liderlərin sərhəddə baş verən məsələləri müzakirə etdiyini, son zamanlar intensiv hal alan təxribatlar haqqında danışdıqlarını bildirib: Dominos pizza

"Azərbaycan və Türkiyə müttəfiq dövlətdir. Artıq 15 iyun "Şuşa Bəyannaməsi" ilə bu müttəfiqlik rəsmən təsdiqini tapdı. Qardaş ölkələr istənilən məsələni öz aralarında həll edə bilərlər.

Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini həzm edə bilmirlər və özlərinin geosiyasi maraqları naminə Ermənistanın gələcəyini belə düşünmədən ona stimul verirlər ki, bu təxribatları törətsinlər və köhnə terminləri yenidən gündəmə gətirsinlər. Bu mümkün olmayan bir məsələdir. Azərbaycan artıq münaqişə səhifəsini çevirib. Biz bölgədə yaranan yeni geosiyasi reallığa uyğun addımlarımızı atırıq və atacağıq.

Ermənistanın yeganə çıxış yolu beynəlxalq sənədlər çərçivəsində Azərbaycanla sülh sazişi imzalamaqdır. Ermənistan belə təxribatlar törətməklə son nəfəsini verməkdə olduğunu sübut edir. Ermənistanın bu cür təxribatları davam etsə, Azərbaycanla sülh müqaviləsi imzalamasa, ümumilikdə qeyd etdiyimiz o bəyanatın ideyasını həyata keçirməkməmək üçün süni əngəllər törətsə, bu, Ermənistanı indikindən daha acınacaqlı vəziyyətə salacaqdır. Ermənistan yaddan çıxarmamalıdır ki, "Dəmir Yumruq" öz yerindədir və daha da güclənib.  

Azərbaycan uzun müddətdir ki, Ermənistan tərəfinə sülh müqaviləsi imzalamağı təklif edib. Ermənistanın indiki aciz durumunda yeganə çıxış yolu Azərbaycanın beynəlxalq hüquq çərçivəsində sərhədlərini tanımaq, sülh müqaviləsinə imza atmaq və iki məlum sənədin icrasını təmin etməkdir".

"Bundan sonra təxribatlar baş versə, Türkiyə hansı mövqedə olacaq?" sualına Cavid Osmanov belə cavab verib: 

"Azərbaycanla Türkiyə bütün qardaşlıq münasibətləri ilə yanaşı 15 iyun 2021-ci il tarixli "Şuşa Bəyənnaməsi" ilə müttəfiq ölkə olduqlarını rəsmiləşdirdilər. Bu bəyannamə Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycanın dar günündə hansı addım atacağından xəbər verir. Azərbaycan və Türkiyəyə ərazi iddiası irəli sürən olarsa iki qardaş ölkə arasında hərbi-siyasi məsləhətləşmələr aparıla bilər. Bu artıq beynəlxalq və qanuni statuslu bir sənəddir.

Sərhəddə təxribatlar davam etsə, dəmir yumruq yerindədir, qardaş Türkiyə də bizim yanımızdadır".

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!