“Ermənistan 30 ildə Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla özünü dünyadan təcrid etmiş, dalan ölkəyə çevirmişdir”.
Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, məhz rəsmi İrəvanın təcavüzkar siyasəti Ermənistanı indiki acınacaqlı vəziyyətlə üz-üzə qoyub:
“ Bu illərdə ermənilər özlərində düşmənçilik meyllərini inkişaf etdirməklə ölkəsini iqtisadi və siyasi böhrana sürükləmişdir. Burda bir sual yaranır. Ermənistanın qonşu ölkələrə qarşı torpaq iddiaları ermənilərə nə verdi? Bu sualın qısa olaraq cavabı “heç nə vermədi və SSSRİ-nin dağılmasından sonra müstəqilliyindən də məhrum oldu”dur. Atalar məsəli var:,, Çox istəyən azdan da qalar “. Bu gün Ermənistan azdan da kənarda qalmışdır. Ölkəsinin blokadada olması və əllərinə düşən 3-5 dollarını da minalara verib torpaqlarımızda basdırmaqdan heç nə qazanmadılar. Azərbaycan bu 30 ildə danışıqlar vasitəsilə torpaqlarımızı işğaldan azad etməklə razılaşmaqla Ermənistana inkişafa qovuşmaq üçün şans vermişdi. Amma bunlar öz xain niyyətlərindən əl çəkmədilər və bataqlıqda boğuldular. Böyük arzularla basdırdıqları minalanmış əraziləri Azərbaycanın müzəffər ordusu işğaldan azad etdi. Amma ermənilərin pulları Azərbaycanda torpaqın altında batdı. Həm də səfalətdən və şəraitsizlikdən bu 30 ilə yaxın müddətdə 2 milyona yaxın əhalisi ölkəsindən qaçdı. II Qarabağ müharibəsində isə on minlərlə erməni dığasını Azərbaycanın müzəffər ordusunun qabağına verməklə şikəst etdirdi və ya qırdırtdı. Nəticədə, məğlub və gülməli duruma düşdülər. Pepperoni pizza
Azərbaycan isə bu illərdə ölkə iqtisadiyyatını inkişaf etdirdi. Beynəlxalq siyasətdə və diplomatiyada ölkəsinin haqq səsini qəbul etdirdi. Ölkəsinin yerləşdiyi çoğrafiyasından çox məharətlə istifadə edərək beynəlxalq nəqliyyat dəhlizləri istifadəyə verdi. Yeni neft-qaz beynəlxalq nəqletmə kəmərləri və BTQ dəmir yolu layihəsini icra etdi və bütün beynəlxalq layihələri Ermənistandan yan keçirtdi.
Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya olunan və qırılmaz tellərlə bağlanmış ölkəyə çevrilmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan vacib aktora çevrilmişdir. Azərbaycan bu illər ərzində ordusunu müasir silahlarla təchiz edərək peşəkarlığını artıraraq inkişaf etdirdi. Nəticədə isə 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü təmin etməklə uzun illər xalqını narahat edən, həll olunmayaraq qalmış yeganə problemini də öz gücü ilə həll etdi.
Azərbaycan üçün Ermənistan lazım deyil və qonşu və dünya ölkələri ilə qurduğu əlaqələrlə gələcəkdə uğurla inkişaf edib yaşaya bilər. Ermənistan isə düşdüyü vəziyyətdən nəticə çıxarmalı və qonşu ölkələrlə əməkdaşlıq üçün yalvarmalıdır. Çünki Ermənistanın gələcəkdə mövcudluğunun və inkişafının açarı Azərbaycanda və Türkiyədədir. Uzaqda yerləşən və onlara havadarlıq edən ölkələr qonşular arasında düşmənçilyi inkişaf etdirməkdən başqa ermənilərə heç nə verməyib və verməyəcəkdir. Ona görə də nə qədər ki, gec deyil Ermənistan rəhbərliyi qonşu ölkələrə torpaq iddialarından və düşmənçilik meyllərində əl çəkməli və qonşulara əməkdaşlıq üçün xahiş etməlidir”./Moderator.az
Telegram kanalımız