44 günlük Vətən Müharibəsinin nəticəsində ordusu darmadağın edilən Ermənistan, döyüş meydanında yaşadığı əzici məğlubiyyəti müxtəlif variantlarla əsaslandıraraq təqsirkarlar axtarmağa başladı. İlk olaraq bu zamana qədər "Haykakan Banank" ı təmənnasız olaraq başdan-ayağa silahlandıran Rusiya və onun istehsal etdiyi hərbi texnikalar hədəf alındı.
Ancaq deyilənlərin əksinə olaraq məğlubiyyətin əsas səbəbi Azərbaycan ordusunun gözləniləndən çox daha üstün səviyyədə olması və Ermənistan ordusunun silahlı qüvvələrimizə nəzarən döyüş əzminin, peşəkarlığının gözləniləndən aşağı səviyyədə olması idi. Biz bunu hərbi əməliyyatlar zamanı qarşı tərəfin illərlə qurduğu müdafiə istehkamlarının, məşhur Ohaniyan səddinin bir neçə saat ərzində keçilməsi və pikk həddə olan fərarilik hallarında müşahidə etdik. Artıq müharibənin üzərindən üç il keçib və biz, bəlli qüvvələr tərəfindən qlobal geosiyasi rəqabətin bir komponenti kimi Ermənistanın silahlandırılmasının şahidi oluruq. Təbii ki, regionun istiqrarına zidd olan bu kimi addımlar birmənalı şəkildə tərəflər arasında münaqişəli vəziyyətin davam etməsi üçün hesablanmış gedişlərdir.
Bilindiyi kimi Fransa, Hindistan və İran üçlüyü İrəvanı silahlandırmaq yarışında öndə qərarlaşır və istehsal etdikləri avadanlıqları ya hədiyyə olaraq, yada daxili bazar qiymətinə Ermənistana təklif edirlər. Toyuqlu pizza
Azərbaycan qarşısında güc balansını eyniləşdirmək üçün çalışan Paşinyan hakimiyyəti, olunan yardımların kimlər və hansı məqsədlər üçün edildiyinə fikir vermədən, yaxud bilib səssiz qalmaqla böyük ölçüdə
özlərini həmin qüvvələrdən aslı vəziyyətə salır və bu da onlar aspektindən heçdə yaxşı bir hal deyil.
Dəmir Yumruq əməliyyatının bitimindən sonra region üçün surpriz dövlət olan Hindistan, tərəfdaşı Ermənistanla sıx hərbi əməkdaşlıq edir. Bu günə qədər dəyəri milyonlara dollar təşkil edən bir neçə hərbi texnika, silah-sursat alımı ilə bağlı müqavilə imzalayan tərəflərin, bir müddət öncə siyahıya yeni birini əlavə etmələri ilə bağlı xəbərlər yayılıb. Söhbət Hindistan müdafiə sənayesinin son yeniliklərindən sayılan "Akash" zenit-raket komplekslərinin alımından gedir. Rəsmi İrəvan ötən ildən başlayaraq bu sistemlərə maraq göstərir. "Akash" roketləri 25 km maksimum uçuş məsafəsinə malik və maksimum 18 km hündürlükdə döyüş icra edə bilən orta radiuslu HHM sistemidir. Bir "Akash" batareyası 4 buraxıcı maşından, bir radar və komanda nəzarət qurğusundan ibarətdir. Sözügedən zenit-raket kompleksləri "Rajendra" adlı PESA radarı istifadə edir və bu radarın hədəf təsbit etmə məsafəsi maksimum 150 km, izləmə diapozunu isə maksimum 60 kilometrdir. "Akash" HHM sistemləri qabiliyyətli bir sistem sayılmır və Ermənistanın 720 milyon dollar dəyərində 15 batareya aldığı bildirilir. Görünür ki, İrəvan üçün bu sistemin cəlb ediciliyi onun qiymətinin analoqlarına nisbətdə aşağı olmasıdır. Aviasiyamızın mövcud imkanları və ordumuzun silahlanmasında olan yüksək dəqiqlikli roketlərin uçus sürətini nəzərə aldıqda 1.8- 2 makh sürətdə olan "Akash" roketlərinin onları zərərsizləşdirməsi imkansızdır. Bir sözlə aşağı nəsil silah sistemləri almaqla Ermənistan öz dövlət büdcəsini əlavə təzyiq altına salır, siyasi asılılığını genişləndirir.
Pərviz Mirizadə:
AVP sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi
Telegram kanalımız