“Ermənistanla Azərbaycan arasında münaqişə həll olunub” - Lavrov ABŞ və Avropanı ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanla Azərbaycan arasında münaqişə həll olunub” - Lavrov ABŞ və Avropanı ittiham etdi

Siyasət

24 Oktyabr 2023 10:04 406


Brüssel və Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinə müdaxiləyə cəhd edir. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda jurnalistlərə deyib. 

“Son bir il ərzində Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası prosesinə ilk növbədə Avropa İttifaqından və müəyyən dərəcədə ABŞ-dan müdaxilə cəhdləri olub, onlar indi də davam edir”, - Lavrov deyib.  pizza hut

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdırlar. 

“Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəlib. İndi, əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərində hamı tərəfindən razılaşdırıldığı kimi, münasibətlərin tam normallaşdırılması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat-iqtisadi əlaqələrinin heç bir maneə olmadan açılması üçün əməli addımlar atmalıdırlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!