Ermənistanla sərhədin müəyyən edilməsi:   “1920-ci ildən başlayaraq bütün xəritələr nəzərə alınmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sərhədin müəyyən edilməsi: “1920-ci ildən başlayaraq bütün xəritələr nəzərə alınmalıdır”

Siyasət

11 Noyabr 2023 15:37 3190


“Nikol Paşinyanın sülhlə bağlı son bəyanatlarından sonraadama elə gəlir ki, o, sülhü hamıdan daha çox istəyir. Amma Paşinyan müxtəlif prinsipləri irəli sürməklə mühiti müəyyən qədər gərginləşdirir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Ermənistanın baş nazirinin yekun sülh müqaviləsi ilə bağlı səsləndirdiyi 3 əsas prinsip barəsində fikirlərini bölüşüb: Sezar pizza

"Paşinyan sərhədlərin delimitasiya və demarkasiya prinsiplərinin 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq həll edilməli olduğunu dəfələrlə dilə gətirib. Yəni o dövrdə mövcud olan inzibati sərhədlər hazırda dövlətlərarası sərhədlər kimi qəbul edilməlidir.

Azərbaycanın bu məsələdə müəyyən fikirləri var. Burada əsas məsələ xəritələrdir ki, bu xəritələr 1920-ci ildən başlayaraq, 1975-ci il xəritələrinə qədər araşdırılmalıdır. Amma Paşinyan bu prinsiplərə razı deyil.

Deyə bilmərəm ki, onun son açıqlaması Azərbaycan tərəfindən necə qarşılanır, lakin hər halda, dövlət başçısı İlham Əliyev qeyd edib ki, 1920-ci ildən başlayaraq bütün xəritələr nəzərə alınmalı və müzakirə edilməlidir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!