Estoniyadan kimlər deportasiya olunur?

saytların hazırlanması

Evə çatdırılma

Estoniyadan kimlər deportasiya olunur?

Dünya

02 Dekabr 2023 09:40 568


Estoniyanın baş naziri Kaya Kallas Rusiya vətəndaşlığını qəbul edən estonların ölkədən deportasiyası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib:

“Rusiya Federasiyasının Ukrayna dövlətinə və xalqına hücum etdiyi bir vaxtda Estoniyada yaşayan bir şəxsin Rusiya Federasiyası vətəndaşlığını almağa qərar verməsi onu göstərir ki, zəruri hallarda, səfərbərliyin bir hissəsi olaraq, o, Rusiya Federasiyasının ordusuna qoşulmağa və Ukraynaya hücumlarda iştirak etməyə hazırdır. Bu, artıq Estoniya Respublikasının təhlükəsizliyinə təhdiddir və Estoniya dövlətinin diqqətdən kənarda qala bilməyəcəyi çox açıq siqnaldır”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!