Etibar Hüseynov deyəndə ağlınıza nə gəlir?

saytların hazırlanması

Evə çatdırılma

Etibar Hüseynov deyəndə ağlınıza nə gəlir?

Siyasət

14 İyul 2021 13:36 4117


Etibar Hüseynov deyəndə ilk olaraq ağlınıza nə gəlir? Bu yazını oxuyanlar şərh bölümündə öz fikirlərini yaza bilərlər. Mənim kimi düşünənlərin olub-olmadığını bilmək istəyirəm.

Bəs mənim ağlıma nə gəlir? Oxucuların tərbiyəsini pozmamaq üçün  düşündüklərimi olduğu kimi ifadə etməyəcəyəm. Böyük-kiçik var. Ayıbdır. Az-çox siyasətlə, ictimai proseslərlə maraqlanan şəxslər mediamızın üz qarası olan Hüseynovu tanımamış deyil. KİV-ə hansı yolla gəldiyi bəlli deyil. Amma mediadan Milli Məclisə “raqatka” ilə necə və kimlər tərəfindən atıldığı gözümüzün qabağında oldu. Efirdə özünü necə aparırdısa, parlamentdə də eyni əxlaqı nümayiş etdirməyə cəhd göstərdi. Lakin şükürlər olsun ki, orada onun ağzına “skoç” vuranlar tapıldı. Susduruldu və “sezon finalında”  ağababalarının getdiyi istiqamətdə “skoçu” açılaraq buraxıldı. Kaş ki, heç ağzındakı yapışqanı qoparmazdılar...

Elə bunun nəticəsidir ki, indi o Azərbaycanda ənənəvi məmur obrazını sındıran, hamı tərəfindən təkcə qəbul olunan deyil, həm də sevilən Prezidentin köməkçisi Hikmət Hacıyev haqqında ona diktə olunan tezisləri səsləndirməyə başlayıb. Təkcə sosial şəbəkələrə nəzər salsanız E. Hüseynovun dediklərinin cəmiyyət tərəfindən necə etirazla qarşılandığını görə bilərsiniz. Orada müəllim də, həkim də, jurnalist də, fəhlə də, hətta işsiz də var. Dördpendirli pizza

Bu, Hacıyevi müdafiə üçün yazılan bir yazı deyil. O baxımdan ki, buna həmin şəxsin ehtiyacı yoxdur və tənqidə, ona qarşı səsləndirilən haqlı və ya haqsız fikirlərə qarşı nə qədər loyal yanaşdığını bilirik. E. Hüseynovun səsləndirdiyi üfunətə isə reaksiya verməmək də olardı. (Əslində ən doğrusu elə budur). Çünki ayıb hissi olmayan adama Quran ayəsi də desən faydası yoxdur.

E. Hüseynovun planlı olaraq yenidən ortaya atılması ilə bağlı sosial şəbəkələrdə versiyalar səslənir ki, bunu mən də qəbul edirəm. Bu ilin əvvəlində o “Yeni Sabah”ın redaksiyası ilə əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirdi. Uzun müddət mediada olmadığını və oxucu üçün maraqlı olacağını düşünərək onu redaksiyamıza dəvət etdik. Müsahibə üçün sualları və mövzuları dəqiqləşdirdik. Hazırladığımız suallarla Etibar Hüseynovun sanki portretini çəkmişdik. Yəni həmin müsahibədə onun cavabından asılı olmayaraq suallar həmin şəxs haqqında “gözəl” təqdimat verirdi. Əvvəlcədən özünün razılıq verəcəyi halda, yəni sayta yerləşdirilməzdən öncə müsahibəni özünün oxuması şərtini qoymuşdu, təəssüf ki, biz də bununla razılaşmışdıq.

Müsahibəni göndərdik Etibara. Qısa müsahibə 2 gün sonra geri qayıtdı. Amma bu bizim müsahibə deyildi. Əsər əlamət belə yox idi. E. Hüseynov özü haqda mədhiyyə yazıb göndərmişdi. Müsahibə janrında olan bir yazını hansı janra çevirmişdi, heç birimiz baş açmadıq. Bizim təqdimatı – “Sabiq deputat Etibar Hüseynovun Yenisabah.az-a müsahibəsi” cümləsini o belə dəyişmişdi: “Ölkənin ən tanınmış jurnalislərindən olsa da heç bir fəxri adı olmayan, sabiq deputat Etibar Hüseynov Yenisabah.az-ın qonağı oldu.  Etibar bəylə özü, jurnalistikaya gəlişi, deputatlıq illləri, “mətbuatın Əli Həsənov” dövrü ilə bağlı  uzun və maraqlı söhbətimiz oldu".

Yazıya başlıq da qoymuşdu: “Etibar Hüseynov: Əli Həsənova yazığım gəlir”.

Təbii ki, heç bir janrın tələblərinə cavab verməyən, üstəlik, müsahibin eqosunun payızlıq balqabaq kimi gözə batdığı belə bir yazını sayta verə bilməzdik və vermədik. Onun razılığı olmadığı üçün orijinal müsahibəni də yayımlamadıq. O vaxt öz əziyyətimizə heyfim, Etibar Hüseynova yazığım gəldi.

Sonradan Etibarın tez-tez internet TV-lərdə, saytlarda peyda olduğunu gördükdə onun hansısa qüvvələr tərəfindən yenidən ortaya atılması haqda düşüncələrimdə yanılmadığımı anladım.

Sonda bir məsələni də qeyd edim. Bizim E. Hüseynova verdiyimiz sualların içərisində dəfələrlə pulsuz Həcc ziyarətinə getməyə necə nail olması da vardı. Səmimi deyirəm, həmin sualı hazırlayarkən mollanın qucağında Həccə aparılan uşaqla bağlı məşhur lətifəni düşünürdüm…

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!