“Etiraf etməliyik ki, Əliyev mümkün olmayanı bacardı” - Verdyan

saytların hazırlanması

Evə çatdırılma

“Etiraf etməliyik ki, Əliyev mümkün olmayanı bacardı” - Verdyan

Siyasət

20 Sentyabr 2023 18:59 810


Bu gün Azərbaycanın qazandığı tarixi qələbəni bəzi erməni ekspertlər təqdir edir.

Yenisabah.az xəbər verir ki, erməni bloger İşxan Verdyan da Azərbaycanın gözlənilən qələbəsinə münasibət bildirib: “Biz səmimi olmalı və etiraf etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı bacardı. O, bütün “sivil dünyanın” təzyiqlərinə baxmayaraq, öz ölkəsinin torpaqlarını tamamilə geri qaytarmağa və öz ərazisindəki millətlərarası münaqişəni praktiki olaraq dayandırmağa nail oldu.

Bu nailiyyətin ciddiliyini düzgün başa düşmək üçün xatırlamaq kifayətdir ki, son otuz ildə heç bir etnik münaqişə belə başa çatmayıb. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, İlham Əliyev inanılmazı gerçəkləşdirdi. pizza

Əgər Azərbaycan Prezidenti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını ən yüksək səviyyədə həyata keçirə bilsə, o zaman onu əminliklə planetin ən böyük siyasətçilərdən biri hesab etmək olar”, – deyə Verdyan bildirib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!