Əvəz Zeynallıdan XƏBƏR VAR

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallıdan XƏBƏR VAR

Kriminal

24 Sentyabr 2024 09:29 811


Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.  Marqarita pizza

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum ediliblər. Əvəz Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. 

Qeyd: Ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Əvəz Zeynallı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!