Evi yanan keçmiş deputat: “His, tüstü var…”

saytların hazırlanması

Evə çatdırılma

Evi yanan keçmiş deputat: “His, tüstü var…”

Hadisə

18 May 2022 15:19 974


Dünən Şəmkir şəhərində yanan ikimərtəbəli ev sabiq deputat Sona Əliyevaya məxsus olub.

Sona Əliyeva hadisə ilə bağlı Azxeber.com-a açıqlama verib. O qeyd edib ki, ev qayınatasına məxsus olub:

“Yanan ev mənim qayınatama məxsusdur, mən bu evə gəlin gəlmişəm. Uzun illərdir ki, bu evdə yaşayırıq. Yəni ev mənim ailəmə məxsusdur. Amma sənəd üzrə qayınatama məxsusdur”. pizza hut

Sona Əliyeva həmçinin bildirib ki, xəsarət alan yoxdur və evə ciddi ziyan dəyməyib: “Amma ciddi bir şey baş verməyib. Qaraj yanıb. Yataq otağının biri çox yüngül yanıb. Başqa heç bir şey yoxdur. Sadəcə his, tüstü var, ev çirklənib. Başqa heç bir şey yoxdur. Hamısı qaydasındadır. Salamatlıqdır. Rayon evləri köhnə evlərdir, olur belə hallar, qısaqapanma baş verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!