Evində “Yaşasın Putin”, “Makron fırıldaqçıdır” şüarları aşkarlanan fransalı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Evində “Yaşasın Putin”, “Makron fırıldaqçıdır” şüarları aşkarlanan fransalı saxlanıldı

Dünya

25 Mart 2024 11:43 646


Emmanuel Makronun Ukraynada davam edən müharibəyə hərbçi göndərmək barədə açıqlamasına və onun ölkə daxilində yürütdüyü siyasətə etiraz etmək istəyən Fransa vətəndaşı saxlanılıb.

Yenisabah.az xəbər verir ki, polisə onun aksiyaya hazırlaşması barədə məlumatı etirazçının kirayədə qaldığı evin sahibi verib.

Evdə axtarış aparan polislər “Yaşasın Putin”, “Makron fırıldaqçıdır”, “Makron burnunu kokainlə pudralayan dəli psixopatdır, bizi müharibəyə aparmaq istəyir” yazılmış plakatları aşkar ediblər. Dominos pizza

51 yaşlı şübhəli polis tərəfindən saxlanılıb. O, aksiyaya hazırlaşdığını etiraf edib.

Həmin şəxs qanunsuz aksiya keçirmək niyyətində olduğuna görə pul cəriməsi ödəyəcək.

Mənbə: Lemediaen442.fr


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!