Evlənmək istəyənlərə pis xəbər - Sentyabr və oktyabrda...

saytların hazırlanması

Evə çatdırılma

Evlənmək istəyənlərə pis xəbər - Sentyabr və oktyabrda...

Sosial

13 Avqust 2024 09:00 2978


Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib. İnzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub. 

Onların sözlərinə görə, əgər əvvələr daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftəiçi də sifariş verənlər var.

İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.   Dominos pizza

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-da başa çatıb, səfər ayı başlayıb.

Sentyabrın 5-də isə səfər ayı başa çatacaq. 

Sentyabr, oktyabr aylarında şadlıq saraylarında yerlərin əksəriyyəti əvvəlcədən tutulub. 

Mövzu ilə bağlı "Xəzər TV"-nin videomaterialını təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!