Evləri ola-ola “havada“ qalan sakinlər - Dövlət qurumu nə tələb edir?

saytların hazırlanması

Evə çatdırılma

Evləri ola-ola “havada“ qalan sakinlər - Dövlət qurumu nə tələb edir?

Sosial

18 Oktyabr 2024 14:21 341


Paytaxtın Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov, 197 ünvanında yaşayan sakinlər çıxarış problemi ilə bağlı Baku TV-nin "qaynar xətti"nə müraciət ediblər.

Yenisabah.az xəbər verir ki, evi sənədsiz alıb sonradan çıxarış əldə edəcəyinə inanan sakinlərin sözlərinə görə, hər gün bir yalanla aldadılırlar.

"Hansı sənədi istədilər, verdik, amma "kupça"nı ala bilmirik. Yeddi ildən çoxdur, burada yaşayırıq. Bütün binaların sakinləri çıxarış alıblar, biz isə yox", - deyə sakinlər şikayət ediblər. Dördpendirli pizza

Tikintini icra edən mənzil-tikinti kooperativinin (MTK) baş mühəndisi Elçin Əsədov bildirib ki, bina 2004-cü ildə tələb edilən normalara uyğun tikilib. İndi isə Dövlət Şəhərsalma və Arxitektura İdarəsi 2024-cü ilin tələblərinə uyğun sənədlər istəyir. Sözügedən MTK tərəfindən tikilən digər iki binada çıxarışla bağlı problem olmayıb.

Problemin səbəblərini araşdırmaq üçün müvafiq sənədlərin təqdim olunduğu Dövlət Şəhərsalma və Arxitektura İdarəsi ilə əlaqə saxlanılıb. Qurumdan arxiv sənədlərinə baxıldıqdan sonra cavab veriləcəyi bildirilsə də, nəticə olmayıb.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!