Əziz Əzizov şəhid ailələrini ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov şəhid ailələrini ziyarət etdi - Fotolar

Sosial

14 Oktyabr 2024 18:10 817


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Kəbirli kəndində  daha bir neçə Vətən Müharibəsi şəhidinin ildönümü və mövludu mərasimində iştirak edib. 

Bu gün rayon rəhbəri Əziz Əzizov rayonun hüquq-mühafizə orqanlarının və YAP rayon təşkilatının rəhbərliyi, RİH-in nümayəndələrinin iştirakı ilə  Vətən Müharibəsi şəhidləri-Əliyev Mahir Əjdər oğlunun,Quliyev Elnur Sərdar oğlunun, Həsənov Hafiz Saleh oğlunun,Vəlişov  Zahir Arif oğlunun ildönümü mərasimləri və Tağıyev Anar Zakir oğlunun mövludu münasibətilə onların doğulub boya başa çatdıqları Kəbirli kəndində ailələrini ziyarət edib. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verib, şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad edildiyini, buna da görə də Azərbaycan xalqının canından keçən hər bir Vətən övladına borclu olduğunu bildirib.  Dominos pizza

Şəhidlərin ailə üzvləri övladlarının həyat və döyüş yolundan bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!