Əziz Əzizov Vətən Müharibəsi şəhidlərinin anım mərasimlərində   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov Vətən Müharibəsi şəhidlərinin anım mərasimlərində - Fotolar

Sosial

03 Oktyabr 2024 18:01 657


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov daha bir neçə Vətən Müharibəsi şəhidlərinin ildönümü mərasimlərində iştirak edib. 

Yenisabah.az xəbər verir ki, bu gün Beyləqanda Vətən Müharibəsi şəhidləri Vəzirov Cəlal Bədirxan oğlunun, İsmayılov Elvin Tələt oğlunun və Heydərli Ayxan İlham oğlunun ildönümü mərasimləri keçirilib.

Şəhidlərin ildönümü mərasimləri ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH başçısı aparatının şöbə müdirləri ilə birgə Qaralılar və Orta Əlinəzərli kəndlərində şəhidlərin ailələrini ziyarət edib, ehsan süfrəsində iştirak ediblər.  pizza sifarişi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verib, şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad edildiyini, buna da görə də Azərbaycan xalqının canınsan keçən hər bir Vətən övıadına borclu olduğunu bildirib.

Şəhidlərin ailə üzvləri övladlarının həyat və döyüş yolundan bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!