Ötən gecə İngiltərənin Birminhem şəhərində “Smurfit Kappa” şirkətinin kağız fabrikində yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, fabrikdə 8 min ton sıxılmış karton alov aldıqdan sonra yanğın qısa müddətdə böyüyüb. Hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib. Səlahiyyətlilər fabrikin ətrafında yaşayan vətəndaşları çölə çıxmamağa və pəncərələrini bağlı saxlamağa çağırıblar.
Yanğınsöndürmə briqadası rəsmiləri yanğın zamanı tələfat və xəsarət alan olmadığını, ərazidə yanğını söndürmə işlərinin davam etdiyini bildirib. pizza
Telegram kanalımız