Fazil Mustafa Maksim Şevçenko ilə bağlı azərbaycanlılara müraciət etdi:   “Seçkiyə getməyənə söyüş qoyun”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa Maksim Şevçenko ilə bağlı azərbaycanlılara müraciət etdi: “Seçkiyə getməyənə söyüş qoyun”

Siyasət

04 Sentyabr 2021 16:27 39503


"Rusiya vətəndaşı olan azərbaycanlıların həmrəyliyi üçün bundan vacib hansı addım ola bilər ki? Maksim Şevçenko vicdanlı, obyektiv və cəngavər bir rus balasıdır, Azərbaycanın da haqq davasında dəstəyini əsirgəməyən bir fədaidir".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa rusiyalı tanınmış jurnalist Maksim Şevçenkonun Rusiya Dövlət Dumasına namizədliyi ilə bağlı fikirlərini bildirərkən deyib.

"Şevçenko indi Rusiyada seçkilərdə namizəd olaraq iştirak edir. Əziz soydaşlarım, istəyirsiniz bir-birinizə and için, istəyirsiniz seçkiyə getməyənə söyüş qoyun, istəyirsiniz yaxınlarınızı, çevrənizi hansısa formada həvəsləndirin, təki onun seçilməsinə bir milli vəzifə kimi baxın! Rusiya vətəndaşı olmayıb burada yaşayan, işləyən azərbaycanlıların da özlərinə xas başqa millətlərdən olan dostları, tanışları, iş ortaqları var, onlara da Şevçenkonu təbliğ edin, bu dəyərli şəxsiyyət görsün ki, Azərbaycan insanı dar məqamda onun haqq işini dəstəkləyənlərə qarşı öz vəfa borcunu unutmur. Qısacası kimin Rusiyada səsvermə hüququ olan hansısa insan kanalı varsa, onu işə salmağa borcludur! Bir neçə gündür Rusiya məkanında tanıdığım, bildiyim insanlarla əlaqə yaradıb seçkidə Maksim Şevçenkonu dəstəkləməklə bağlı xahişimi edirəm", - deyə F.Mustafa bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Натиг Оруджев
    Maksim Şevçenkonu dəstəkləyirəm
    5 years ago
  • Afiq
    Maksim Şefçenkonu dəstəkləyirəm və ona səs verirəm
    5 years ago
  • Afiq
    Mütləq lazımdı seçgilərə getmək, mərd oğlun arxasında durmaq
    5 years ago
  • REŞAD
    MAKSİM ŞEVÇENKOVA SES BERİREM
    5 years ago
  • Elman Şixəliyev
    Maksim Şevçenkova səs verirəm və onu dəstəkləyirəm.
    5 years ago
  • Mezahir
    Daireni ,erazini qeyd edin
    5 years ago
  • Mezahir
    Daireni ,erazini qeyd edin
    5 years ago